Bildirək ki, təlimlərin məqsədi iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək vermək, ünsiyyət bacarıqlarını artırmaq və xanımların liderlik potensialını ortaya çıxarmaqdır. Peşəkar təlimçi Şaiq Zamanov, iştirakçılara praktiki biliklər və bacarıqlarını inkişaf etdirmək yönündə təlim keçib.
"Effektiv Ünsiyyət" təlimində, ünsiyyətin əsas prinsipləri, dinləmə bacarıqları və qarşılıqlı anlayışın artırılması ilə bağlı mövzular müzakirə edilib. "Xanımlar üçün Şəxsi İnkişaf" təlimi isə xanımların özlərini daha yaxşı tanımalarına, hədəflərini müəyyənləşdirmələrinə və liderlik bacarıqlarını inkişaf etdirmələrinə hədəflənib.
Təlimlər iştirakçılar arasında müsbət qarşılanıb və gələcəkdə bu cür tədbirlərin daha geniş miqyasda keçirilməsi ilə bağlı fikirlər dilə gətirilib. Naxçıvan Dövlət Universiteti və SOCAR arasında əməkdaşlıq, gənclərin inkişafını dəstəkləmək məqsədi daşıyır.
Bu cür təlimlərin davamlı olaraq keçirilməsi, iştirakçıların bilik və bacarıqlarının artırılmasına, eyni zamanda, universitet və sənaye arasında körpü rolunu oynamağa xidmət edir.