Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzində təlim keçən, Ege Universitetinin professoru, Yasemin Eraç ümumi olaraq tələbə yönümlü təhsilin əsas prinsipləri, cəlbedici və inklüziv tədris mühiti, tələbələrin avtonomluğunu və motivasiyasını artırma metodları, tədris prosesini hər bir tələbənin fərdi ehtiyaclarına uyğunlaşdırmaq üçün praktiki strategiyalar və tələbələrin inkişafını dəstəkləyən qiymətləndirmə üsullarından danışıb.
NDU-nun strateji məsələlər üzrə Rektor müşaviri Rəcəb Cəfərli qeyd edib ki, Türkiyə universitetlərindən əcnəbi professorların ali təhsil ocağının müəllim və tələbələrinə mütəmadi olaraq təlimlərin təşkili planlaşdırılır. Diqqətə çatdırılıb ki, universitetin əsas strategiyalarından biri də təhsilalanlara tələbə yönümlü təhsillə bağlı təlimlər keçmək və öyəndiklərini tədris prosesini təcrübədə tətbiq etməkdir. Nəzərə çatdırılıb ki, təlim əczaçılıq ixtisasında dərs keçən müəllimələrin və tələbələrin elmi potensiallarını təkmilləşdirmək üçün təşkil edilib.
Naxçıvan Dövlət Universitetində 2 həftə ərzində tələbələrlə farmakoloji dərslər çalışdıq. Həqiqətən də çox savadlı və öyrənmək istəyi olan tələbələrlə qarşılaşdım. Yaxşı ki, Naxçıvanın insanlarını tanıdım və onları çox sevdim. Bu fikirləri Ege Universitetinin Əczaçılıq fakültəsinin Farmakologiya bölməsinin professoru, dosent Yasemin Eraç qeyd edib. Yasemin Eraç təlimin məqsədindən bəhs edərək qeyd edib ki, tələbə yönümlü təhsil, tələbələrin elmi həyatında aktiv iştirakını, öyrəndikləri bilikləri təcrübədə tətbiq etməkləri üçün zəmin yaradır. Bundan başqa müəllimlərə tədris metodları, ünsiyyət qaydaları, tələbələrə ixtisasları haqında məlumatlı olmağın vacibliyindən danışıb.
Təlimin sonunda müəllimlərin sualları cavablandırılıb.