Fakültənin “Azərbaycan dilçiliyi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” və “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedralarının illik elmi hesabatı dinlənilib.
Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov və Tədris şöbəsinin müdiri Şahin Əliyevin iştirakı ilə keçirilən hesabat zamanı “Azərbaycan tarixi” kafedrasnın müdiri, professor Xəzər Hüseynov, “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, dosent Elburus Vəliyev, “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, dosent Nurlana Əliyeva, “Ümumi tarix” kafedrasnın müdiri, dosent Rəsul Bağırov “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasnın müdiri dosent Şəhla Şirəliyeva və “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasnın müdiri, dosent Məmməd Əliyev çıxış edərək kafedraların illik elmi fəaliyyəti haqqında geniş məlumat veriblər.