Naxçıvan Dövlət Universitetində "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində "Yaşıl dünya yaşıl təfəkkürdən başlayır" mövzusunda maarifləndirmə tədbiri təşkil olunub

Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov qeyd edib ki,   ali təhsil ocağında mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir. Bildirilib ki, "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində keçirlən "Yaşıl dünya yaşıl təfəkkürdən başlayır" tədbiri də tələbələrin bu sahədə məlumatlanması üçün növbəti təşəbbüslərdən biridir.  

 Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov  bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir cəmiyyətin iqtisadi və mədəni inkişafı üçün zəruri olan bütün təbii ehtiyatların istifadəsi kimi onların mühafizə olunması, bərpası da həyati vacib məsələlərdəndir. Bu sahədə ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdıran Faiq Səfərov 2024-cü ilin “Yaşıl dünya namınə həmrəylik ili” elan edilməsini bu qayğının davamı kimi dəyərləndirib. Respublikamızda keçirilən COP29 kimi mötəbər bir tədbirin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə əhəmiyyəti vurğulanıb.

Prokurorluğun şöbə rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov  hər bir insanın ekoloji mühitin qorunmasında iştirakını vətəndaşlıq borcu olduğunu qeyd edib, yaşamaq üçün təkcə təmiz ərzaq məhsulları deyil, təmiz hava, suyun vacib amil olduğunu vurğulayıb. Hər kəsin yaşıl gələcək üçün məsuliyyət daşıdığını deyən İsfəndiyar Qasımov vətəndaşları bu mövzuda duyarlı olmağa çağırıb.

 Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşı Azər Məmmədov "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, yaşıllığın həyatımızda oynadığı rolun əhəmiyyəti təfəkkürlərdə formalaşmasa, ekoloji tarazılığı bərpa etmək və artırmaq  çətin olar.

Tədbirdə ekoloji mühitin qorunması ilə bağlı videoçarx izlənilib. Sonda mövzu il bağlı suallar cavablandırılıb.