Naxçıvan Dövlət Universitetində zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirilib

Ali təhsil ocağında “Zərərli vərdişlərə yox deyək” mövzusunda novbəti tədbir keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru Afin Məmmədov çıxış edərək zərərli vərdişlərin insanların sağlamlığına və cəmiyyətin rifahına mənfi təsirlərindən bəhs edib. Prorektor gənclərin bu vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayaraq, maarifləndirmə tədbirlərinin bu istiqamətdə əhəmiyyətini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin “Klinik fənlər və Hərbi tibb” kafedrasının müdiri Gültəkin Əliyeva “Zərərli vərdişlərə yox deyək” mövzusunda təqdimatla çıxış edib.

Psixiatriya ixtisası üzrə II kurs həkim-rezident Mustafa Həsənov “Narkomaniya və zərərli vərdişlər” mövzusunda məlumat verib. Psixologiya ixtisası üzrə II kurs tələbələri Türkan Məmmədli və Məleykə Hacızadə isə “Zərərli vərdişlərin insan fiziologiyası və anatomiyasına təsiri, insan psixologiyasına təsiri” mövzularında təqdimatlar ediblər.

Tədbirdə iştirakçılara zərərli vərdişlərin insan sağlamlığına və psixologiyasına mənfi təsirləri barədə ətraflı məlumat verilib.