Naxçıvan Dövlət Universitetinin Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, i.ü.f.d., dosent Cavadxan Qasımov Sumqayıt Dövlət Universitetin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Türkdilli dövlətlərin iqtisadi resurslarından səmərəli istifadənin aktual problemləri" mövzusunda Birinci Beynəlxalq Elmi Konfransda iştirak edib.
22-23 may tarixlərində keçirilən Beynəlxalq Konfransın Plenar İclasından sonra başlanan bölmə iclaslarında dosent Cavadxan Qasımov "Naxçıvan Muxtar Respublikasının Azad İqtisadi Zona olaraq perspektivləri" mövzusunda məruzə ilə çıxış edib. Çıxış qarşılıqlı müzakirələr və elmi diskusiyalar şəraitində maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Konfransda Türkiyə Respublikasının Malatya T.Özal Universitetinin və Qırğızıstan Respublikasının Oş Dövlət Universitetinin nüfuzlu alimləri iştirak edib.