Vebinarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun “Nanomaterialların tətbiqi texnologiyaları” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Nahidə Musayeva, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək inkişafın bütün sahələrində yüksək keyfiyyətli məhsulların alınmasında nanomaterialların və nanotexnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb.
Fizika üzrə fəlsəfə doktoru, dosent Nahidə Musayeva Nanomaterialların tədqiq və tətbiqindən bəhs edib. O, nanomateriallarda müşahidə olunan kvant effektləri, nanomaterialların və nanoquruluşların yaradılmasının və tədqiq olunmasının üsulları haqqında geniş məlumat verib.
Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.