Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texniki Universiteti arasında olan qarşılıqlı əməkdaşlıq müqaviləsi çərçivəsində Beynəlxalq Əlaqələr Şöbəsinin layihə meneceri Kamal Nağılı 03-06 dekabr 2024-cü il tarixlərində Trabzon şəhərində keçirilmiş “Layihə yazma bacarığı” adlı təlimdə iştirak edib.
Təlim Qaradəniz Texniki Universitetinin təşkilatçılığı ilə baş tutub və iştirakçılar layihə hazırlama və idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün praktiki biliklər əldə ediblər.
Təlim hər iki universitet arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və layihə menecerlərinin peşəkar bacarıqlarının artırılması üçün mühüm imkanlar yaradıb.