Naxçıvan Dövlət Universitetinin əməkdaşları Bakı şəhərində “GlobE Network”un Altıncı Plenar İclasında iştirak edib

19–23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir. 

Tədbirin açılış mərasimində Prezident İlham Əliyev Bakıda keçirilən bu mötəbər beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun dəvəti ilə Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimləri Əziz Qasımov və Yunis Xəlilov qeyd edilən mötəbər tədbirdə iştirak ediblər.

Qeyd edək ki, bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir. Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir.