Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində “Yazılımda proje yönetimi” mövzusunda vebinar keçirilib

Vebinarda giriş sözü ilə çıxış edən Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov qeyd edib ki, artıq Naxçıvan Dövlət Universitetində ənənə halını alan belə vebinarların keçirilməsi, tələbələrin özlərini inkişaf etdirmələri üçün müsbət haldır. Vurğulanıb ki, tələbələr onlar üçün yaradılan bu şəraitdən lazımi qədər istifadə edir, bilik və bacarıqlarını artırmaq üçün belə vebinarlarda iştirak etməyə maraq göstərirlər.

          Sonra tələbələr onlayn şəkildə dərs keçən Düzce Universiteti Mühəndislik fakültəsinin müəllimi, dosent Serdar Biroğulu dinləyib və ona suallar ünvanlayıblar.