Naxçıvan Dövlət Universitetinin müəllimi Özbəkistanda səfərdə olub

        Naxçıvan Dövlət Univesitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılova Özbəkistan Pespublikasında Peak Network şirkətinin təşkilatçılığı ilə səfərdə olub.

      Səfərin birinci günü Daşkənd Kimya Texnologiya Universitetinin Beynəlxaq əlaqələr üzrə prorektoru Zebo Babaxanova və Biznes  Əlaqələri üzrə prorektor Ənvər Şirnayev ilə görüş keçirilib.

Görüşdən sonra universitetin fakültələri ilə tanış olan qonaqlar ali təhsil müəssisəsinin texnoparkına da baxış keçiriblər.  

       Səfərin ikinci günü Azərbaycanın Özbəkistandakı Səfirliyində fövqəladə və səlahiyyətli səfir Hüseyn Quliyev ilə görüş baş tutub. Səfir Azərbaycandan gələn qonaqları salamlayıb və Özbəkistanla Azərbaycan arasında hər sahədə  əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

        Səfərin ücüncü günü Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi  (ATUİAB) şirkətinin təşkilatçılığı ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycandan gələn iş adamları  arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

          Sonra qonaqlar Özbəkistanın ikinci böyük şəhəri olan  Səmərqəndə səfərləri zamanı tarixi məkanları  gəzib, Əmir Teymurun məzarını ziyarət edərək eksponatlara baxış keçiriblər.

          Səfər zamanı Nəzakət İsmayılovaya Daşkənd Kimya Texnologiya Universiteti, ATUİAB və Peak Network tərəfindən sertifikatlar təqdim olunub.