IX Beynəlxalq Tələbə Simpoziuma onlayn qoşulan Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin üzvləri uğurlu çıxış edərək, şifahi və texniki təqdimat, tədqiqat töhfələrinin tanınması və qiymətləndirilməsinə görə sertifikata layiq görülüblər. Tələbələr müxtəlif istiqamətlər üzrə hazırladıqları tezislərlə təqdimatlarını ediblər və beynəlxalq elmi müzakirələrdə fəal iştirak edərək təcrübə və biliklərini bölüşüblər.
Belə əhəmiyyətli beynəlxalq simpoziumlarda iştirak, tələbələrin elmi fəaliyyətlərində uğurlarını və akademik mübadilə imkanlarını artıracaq.