Naxçıvan Dövlət Universitetinin tələbələrinə “Media etikası” mövzusunda təlim keçirilib

NDU-nun Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva tərəfindən “Media etikası” mövzusunda təlim keçirilib.

 Təlimdə tələbələrə media etikasının prinsipləri, jurnalistlərin peşə məsuliyyəti və etik dəyərlərin əhəmiyyəti, müvafiq qanunvericilik və aktlar haqqında məlumat verilib və sosial media sahəsində yeni termin olan “netika” anlayışına aydınlıq gətirilib.

Qeyd edək ki,  jurnalistika ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclərin iştirak etdiyi təlim “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilib.