Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Dialektologiya” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva, Ali təhsil ocağının tələbələrinə ustad dərsi keçib.
Dilçi-alim Azərbaycan dilinin Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlaslarını, bu atlasların proqramları və elektron variantlarını və digər dəyərli ədəbiyyatları universitetin Elmi Kitabxanasına hədiyyə edib.