"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində Naxçıvan Dövlət Universiteti Texniki Kollecinin “Aqrar təsərrüfatının təşkili” və “Baytarlıq” ixtisaslarının III kurs tələbələri Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumlarında baramaçılıq sahəsinə cəlb ediliblər.
İstehsalat təcrübəsi çərçivəsində tələbələr baramaçılıq fəaliyyəti ilə yaxından tanış olur, barama yetişdirilməsi prosesində yaxından iştirak edir, bu sahə ilə bağlı ətraflı məlumat əldə edirlər.