NDU-nun Tibb fakültəsinin Tibbi Profilaktika ixtisası üzrə VI kurs tələbələrinə Babək “Sirab” ASC-də açıq dərs keçilib.
Tələbələr burada insan orqanizminə təsir edən istehsalat amilləri (səs-küy, nisbi rütubət, hava cərəyanının hərəkət sürəti, işçi havasının temperaturu, vibrasiya və s.), istehsalın texnoloji ardıcıllığı, texnoloji avadanlıqlar, istehsalat nəzarəti, istehsal olunan məhsullara və istehsalatın mikroiqliminə laboratoriya nəzarəti, xammal və hazır məhsul anbarlarında onların saxlanma şəraiti, hazır məhsulların keyfiyyətini təsdiq edən DS, TŞ və gigiyenik sertifikatların mövcudluğu, hazır məhsulları daşıyan nəqliyyat vasitələrinin sanitariya pasportlarının mövcudluğu, işçilərin dövri tibbi müayinələrini təsdiqləyən tibbi elektron sağlamlıq kartlarının mövcudluğu, onların əmək şəraiti, monoton əmək, məcburu iş pozası, müəssisə hesabına işçilərin qidalanması, əməkdaşların mövsümə uyğun xüsusi geyimlərlə təmin olunması kimi sahələrlə tanış olublar.
Məşğələnin sonunda xatirə fotoları çəkilib və tələbələrə hədiyyələr təqdim edilib.