Naxçıvan Dövlət Universitetində “Tibb sahəsində sahibkarlığın mahiyyəti” və “Səhiyyə sahəsində sahibkarlıq və onun inkişaf istiqamətləri” mövzularında təlim keçirilib

Təlimdə əsasən qlobal sağlamlıq proqramları və tərəfdaşlıqları, tarixən qlobal sağlamlıq problemlərinin, yoluxucu xəstəliklərin həlli aspektlərinə diqqət yetirilib.

İqtisadiyyat və marketinq kafedrasının dosenti Turqan Babayev “Tibb sahəsində sahibkarlığın mahiyyəti” mövzusunda, İqtisadiyyat və marketinq kafedrasının müəllimi Elçin Əlibəyli isə “Səhiyyə sahəsində sahibkarlıq və onun inkişaf istiqamətləri” mövzusunda təlim iştirakçılarını maarifləndirib.

Təlimin əsas məqsədi səhiyyə sisteminə struktur sərmayələri, ayrı-ayrı həm xroniki xəstəlikləri olan insanlara ömürlük qayğı göstərə bilən və bir sıra sağlamlıq problemlərini müalicə etmək üçün baza yarada bilən əsas çoxfunksiyalı səhiyyə xidmətlərinin çatdırılmasına dəstək vermək və insanların sağlamlıqlarının təmin olunmasına kömək göstərə biləcək sosial xidmət sahələrinin yaradılmasını təşviq etmək, həm də bu sosial xidmətlər qarşısında əldə olunacaq gəlirdir.