Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin və NDU-nun "Pedaqogika və psixologiya" kafedrasının birgə təşkilatçılığı ilə “Həyəcanın idarə edilməsi” mövzusunda psixoloji təlim keçirilib.
Təlimi Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayevanın açıq elan edib və ardınca Pedaqogika və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov mövzu barəsində fikirlərini bildirib.
Təlim Tibb fakültəsinin "Psixologiya" ixtisası üzrə IV kurs tələbəsi Həcər Ələsgərovanın təqdimatı ilə davam edib.
Təlimin sonunda simulyasiya keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.