Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən Şahmat çempionatının açılışı olub

Naxçıvan Dövlət Universitetində muxtar respublikanınn 100 illik yubileyinə həsr edilən tələbələrarası XVI şahmat çempionatı keçirilib.

          Çempionatda universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev, İdman klubunun sədri Məmmədəli Rəhimov, Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi, eyni zamanda çempionatın hakimi Kifayət Hüseynova oyunun qaydaları barədə tələbələri məlumatlandırıb, onlara uğurlar arzulayıblar.

          Ümumilikdə 12 komandanın iştirak etdiyi çempionata universitetin nəzdində fəaliyyət göstərən Musiqi Kolleci, Texniki Kollec və Tibb Kollecindən də komandalar qatılıb.

          Gərgin qarşılaşmaların sonunda Pedaqoji fakültənin komandası I yerin qalibi olub.

          Xarici dillər fakültəsi II, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi III, Tibb Kollecinin komandası isə IV yerdə qərarlaşıb.