Naxçıvanda ilk dəfə keçirilmiş “Caz konserti”nin iştirakçıları mükafatlandırılıb

Bu münasibətlə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirakçıları uğurlu konsert münasibətilə təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Rektor, caz musiqisinin keçirilən tədbirlərdə geniş yer tutmasının əhəmiyyətini vurğulayıb və gələcəkdə də bu cür konsertlərin ənənəvi olaraq davam edəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə iştirak edən musiqiçilər və təşkilatçılar da öz çıxışlarında caz musiqisinin inkişafı üçün belə tədbirlərin vacibliyini qeyd ediblər.

Görüşün sonunda iştirakçılara təşəkkürnamə təqdim olunub.

Xatırladaq ki, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə təqdim olunan konsert proqramı Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə həyata keçirilib.