Oktyabrın 1-2-də keçirilən konfrans regionun ən böyük intellektual platformalarından biri kimi yadda qalıb. Konfrans 6 bölmə üzrə 28 paneldə davam edib. Tədbirə 500-dən çox müraciət daxil olub, onlardan 413-ü şifahi təqdimat üçün qəbul olunub. Beləliklə, 11-i xarici olmaqla 71 müəssisədən alim və mütəxəssislər məruzələrlə çıxış ediblər.
Bölmə iclaslarında Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən 61 elm və təhsil müəssisəsinin nümayəndələri də dinlənilib. Konfransda Təhsil və inkişaf, İnnovasiya sinergiyası: texnoloji, sosial və inkubasiya yanaşmaları, Süni intellektin davamlı inkişafa təsiri: ətraf mühit, Beynəlxalq hüquq və kibertəhlükəsizlik, Biologiya və tibb elmində rəqəmsal inqilab: diaqnostika və müalicədə yeni metodlar, Davamlı iqtisadiyyat, Mediada transformasiya prosesi: konvergensiya, rəqəmsal kommunikasiya və etika məsələləri başlıqları əsasında məruzərələr dinlənilib.
İki gün davam edən konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.