Naxçıvan Muxtar Respublikasında “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirilib

26-29 iyun tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirilib.

Lahiyə çərçivəsində Naxçıvan Dövlət Universitetini müxtəlif ixtisaslarda təhsil alan 12 tələbə təmsil edib. Bu tələbələrdən universitetin Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi Hüseyn Məmmədov İtaliyanın Boloniya Universitetində arbitrajla bağlı Yay Məktəbində iştirak hüququ qazanıb. Digər iştirakçılar  isə fərqli nominasiyalar üzrə mükafatlandırılıb.

Qeyd edək ki, adətən iştirakçı ölkələrdən yalnız bir tələbə seçilir. Ancaq son iki ildir ardıcıl olaraq Azərbaycan universitetlərindən 3 tələbəyə belə bir imkan yaradılır. Bu il layihə çərçivəsində seçilən tələbələrdən biri də məhz NDU-nun tələbəsidir.