Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Beynəlxalq Təlim Aylığı çərçivəsində növbəti təlim keçirilib. Təlimi Düzce Universitetinin, Mühəndislik Fakültəsinin, Kompüter Mühəndisliyi kafedrasının dosenti Serdar Biroğul təqdim edib.
NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli çıxış edərək Serdar Biroğul haqqında məlumatları diqqətə çatdırıb, bildirib ki, təlimçi kompüter mühəndisliyi sahəsində bir çox elmi tədqiqatlar aparıb. Vurğulanıb ki, Serdar Biroğulun araşdırma sahələri süni intellekt, məlumatların emalı, maşın öyrənməsi və proqram mühəndisliyi kimi mövzuları əhatə edib,təlimçi bir çox yerli və beynəlxalq layihələrdə iştirak edib. Elmi və akademik fəaliyyətində elmi məqalə, konfrans materialı, kitab, müxtəlif layihələr yer alıb.
Təlimdə Serdar Biroğul “ISO 42001 Süni İntellekt İdarəetmə Sistemi” nədir, kimlər qurmalıdır və bu mövzuda bir çox məlumatları diqqətə çatdırıb. Süni İntellektin sistem etibarlılığına və təhlükəsizliyinə töhfəsi barədə gərəkli məlumatları başlıqlar ətrafında izah edib.
Daha sonra Naxçıvan Dövlət Universiteti adından ali təhsil ocağının elmi fəaliyyətinə verdiyi töhfələrə görə dosent Serdar Biroğula təşəkkürnamə təqdim edilib.