NDU-da “Ədəbi izlər sorağında” adlı kitabın təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Əsgər Qədimovun müəllifi olduğu “Ədəbi izlər sorağında” adlı kitabın təqdimatı keçirilib.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov son dövrlər əldə olunan elmi nailiyyətlərdən bəhs edərək, təqdimatı keçirilən monoqrafiyanı akademik heyət və tələbələr üçün mühüm töhfə  olaraq dəyərləndirib.

Daha sonra Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli, filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov və digərləri çıxış ediblər.  Çıxışçılar kitabın tədris prosesindəki əhəmiyyətindən danışıb, müəllifə gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Sonda Əsgər Qədimov göstərilən diqqətə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.