Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində Azərbaycan Respublikası Hesablama Palatası əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının dövlət sektorunun qurumları üçün “Maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” ilə bağlı təlimi təşkil olunub. Tədbirdə Hesablama Palatasının nümayəndələri ilə yanaşı, universitetin Maliyyə şöbəsinin müdiri Səfəralı Abdullayev və mühasib Fuad Məmmədli də iştirak ediblər.
Təlimdə Hesablama Palatasının Ümumdövlət xidmətlərinin auditi şöbəsinin müdiri Yaşar Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ildə dövlət satınalmaları ilə bağlı imzaladığı sərəncamın əsas məqamlarını iştirakçılara çatdırıb. Sərəncamın maliyyə intizamının gücləndirilməsi və şəffaflığın artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Hesablama Palatasının Maliyyə, təchizat və informasiya texnologiyalarına dəstək şöbəsinin müdir müavini – sektor müdiri – baş mühasibi Qönçə Qasımova büdcə təşkilatlarının maliyyə vəsaitlərinin düzgün idarə olunması, vəsaitlərin təyinatı üzrə xərclənməsi və hesabatlılıq prinsipləri barədə geniş məlumat verib.
Maliyyə hesabatlarında tez-tez rast gəlinən nöqsanlara toxunan Hesablama Palatasının Naxçıvan MR üzrə İdarədə məsləhətçi Elvin Nağıyev hesabatlılığın artırılması üçün görülməli olan tədbirləri diqqətə çatdırıb. Xüsusilə vəsaitlərin düzgün bölüşdürülməsinin və şəffaflığın təmin olunmasının vacibliyini qeyd edib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.