Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə 5-8 may tarixlərində “Ulu Öndərin Xatirə Həftəsi” təşkil olunub. Həftə çərçivəsində Elmi Kitabxanasında “Mənim həyatımın məqsədi Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin açılışında çıxış edən universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə NDU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirlərin mahiyyəti və proqramı haqqında məlumat verib.
Dəyirmi masada Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Yusif Hüseynov, “Ümumi Hüquq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli və kafedranın dosenti, tarix üzrə fəlsəfə doktoru Şükür Məmmədov çıxış ediblər. Natiqlər çıxışlarında Azərbaycanın müstəqil dövlətə çevrilməsi yolunda Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. Çıxışçılar həmçinin vurğulayıblar ki, onlar Heydər Əliyevin sağlığında onun ideyalarını dərindən öyrənərək vətənə olan sevgisindən ilham alıblar və bu gün də dahi şəxsiyyət qəlblərimizdə özünə əbədi məhəbbət qazanıb, yaddaşlarımızda yaradıcı, qurucu və xilaskar obrazı ilə daim yaşayır.