Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə sərgi təqdim olunub.
Universitetin İncəsənət fakültəsində təqdim olunan sərgidə təsviri incəsənət müəllimliyi, dizayn və rəngkarlıq ixtisasları üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət əsərlər nümayiş olunub. Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan 30-a yaxın rəsm əsəri sərgilənib. Həmçinin sərgidə təsviri incəsənət müəllimliyi ixtisasının I kurs tələbələrinin hazırladığı “21 sual və 21 cavab” adlı stend yer alıb. Stenddə Ulu Öndər Heydər Əliyevə ünvanlanan 21 sual və verdiyi cavablar yazılı və fotoşəkillərlə birlikdə lövhədə əks olunub. Stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.