NDU-da “Yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin təşkili” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə, Beynəlxalq münasibətlər və hüquq , Tarix-filologiya  və Fizika-riyaziyyat fakültələrinin dekan və tələbələri iştirak edib. 

          Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan həmin fakültənin dekanı, dosent Yusif Hüseynov, tədbirin xüsusəndə gənclər üçün əhəmiyyətli olduğunu deyib. Dekan qeyd edib ki, universitetdə artıq ənənə halını alan belə tədbirlərin keçirilməsi, gəncləri pis vərdişlərdən uzaq durmağa təşviq edir.

          Tədbirdə Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq bölməsinin rəisi  Reyhan Sadiqova “Yeniyetmə və gənclərə narkomaniya ilə mübarizədə necə dəstək olmalı?”, NDU-nun Xüsusi hüquq kafedrasının müəllimi AİSEDA İctimai Birliyinin həmtəsisçisi Atilla Öztürk “Sağlam gənclik tərbiyəsində  “Narkomaniya ölümdür” təbliğatının və maarifləndirmə tədbirlərinin əhəmiyyəti”, Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Yusif Mirzəzadə isə “Zərərli vərdişlərdən uzaq olmaq müasir gəncliyin həyat tərzinin əsasında durmalıdır” mövzusunda çıxış edib.   

          Tədbir işini qarşılıqlı sual-cavab şəklində davam etdirib.