Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kitabxana-informasiya mərkəzi rəhbər heyəti və əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kitabxana-informasiya mərkəzinin müdiri Tamella Əsgərova və hər iki kitabxananın əməkdaşları iştirak ediblər.
NDU və ADMİU kitabxanaları arasındakı görüşdə əsas məqsəd əməkdaşlığın daha da inkişaf etdirilməsi, kitab resurslarının mübadiləsi süni intellektin imkanlarından istifadə və beynəlxalq elektron bazalara yeni çıxış imkanlarının genişləndirilməsi olub.
Onlayn formatda baş tutan görüşdə Xumar Məmmədova və Tamella Əsgərova universitet kitabxanalarının fəaliyyəti, resursları və inkişaf perspektivləri barədə ətraflı məlumat veriblər.
Sonra qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb.