Dəyirmi masanın növbəti qonağı olan Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova, ilk olaraq, beynəlxalq tələbə mobilliyinin mahiyyətinə aydınlıq gətirib, mövcud problem və həll yolları haqqında bəhs edib. Ruqiyyə Kərimova eyni zamanda, son illərdə bu sahədə Naxçıvan Dövlət Universitetinin qazandığı uğurlardan da bəhs edib.
Daha sonra dəyirmi masada mövzu geniş müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.