Şəhidin anası Səkinə xanım oğlu ilə bağlı xatirələrindən, onun göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan bəhs edərək, Elcanın həyat yolunu əsl vətənpərvərlik məktəbi kimi qiymətləndirib.
Elcan Balabəyli 12 mart 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 15 saylı orta məktəbdə orta təhsil alıb. Elcan Balabəyli təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, “kapitan” hərbi rütbəsinə qədər yüksəlib.
Nümunəvi xidmətlərinə görə “Qüsursuz xidmətlərə görə” və “Azərbayan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.
Vətən Müharibəsində qəhrəmancasına iştirak edib. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elcan Balabəyli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “İgidliyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Balabəyli Elcan Vasif oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub. Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib.
Daha sonra NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova Elcan kimi qəhrəmanların vətənin hər daşını, torpağını azad görmək istəyilə canlarını fəda etdiklərindən, adlarını şəhidlik zirvəsinə qaldırdıqlarından bəhs edib.
Sonda iştirakçılar şəhid Elcan Balabəylinin ev-muzeyində onun şəxsi və xatirəsini özündə yaşadan digər əşyalarla yaxından tanış olublar. NDU Elmi Kitabxanası adından şəhidin ev-muzeyinə şəhidin portreti hədiyyə edilib.