NDU “Müstəqilliyin Ulu Öndər Zirvəsi" adlı şeir müsabiqəsi keçirilib

Naxçıvan Dövlət Universitetində 5 və 8 may tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Ulu Öndərin Xatirə Həftəsi” çərçivəsində "Müstəqilliyin Ulu Öndər Zirvəsi" adlı şeir müsabiqəsi təşkil edilib.  Tədbir Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Tarix-filologiya fakültəsində keçirilib.

Müsabiqəni Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov açıq elan edib, ardınca NDU TEC sədri Yusif Mirzəzadə çıxış edərək tədbirin məqsədi və əhəmiyyətindən bəhs edib.

10-dan artıq tələbənin iştirak etdiyi müsabiqədə Vətən, müstəqillik və Ulu Öndər mövzusunda şeirlər səsləndirilib. Tələbələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.