Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric məktəbində təhsilin keyfiyyətini artırmaq məqsədilə xüsusi təlim keçirilib. Təlim xaricdən dəvət olunan akademik koordinator Fabian Chavez tərəfindən aparılıb və dərs planlamasının Kembric standartlarına uyğunlaşdırılması mövzusunda olub.
Fabian Chavez təlim zamanı dərs planlamasının əhəmiyyətinə toxunaraq, bu prosesin tədris keyfiyyətinə birbaşa təsir etdiyini vurğulayıb. Təlimdə dərs planının hazırlanma mərhələləri, onun sənəd formasında düzgün strukturlaşdırılması, həmçinin dərs planında göstərilən tapşırıqların effektiv şəkildə tətbiqi izah edilib.
Bu təlim, müəllimlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, Beynəlxalq Kembric standartlarına uyğun təhsil sisteminin tətbiqinə töhfə verməyi hədəfləyir. Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı praktik tövsiyələr təqdim edilib.
Belə təlimlər Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində müasir tədris üsullarının tətbiqi və qlobal təhsil standartlarının inkişaf etdirilməsi istiqamətindəki səylərini əks etdirir.