Fakültənin müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə "Narkomaniyaya yox deyək!" mövzusu dəyirmi masa ətrafında müzakirə edilib.
Tədbiridə giriş sözü ilə çıxış edən fakültənin dekanı dosent Əşrəf Ələkbərov tədbirin mahiyyəti haqqında iştirakçılara geniş məlumat verib.
NDU Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, dosent Çapay Quliyev mövzu ilə əlaqədar məruzə ilə çıxış edib.
Dəyirmi masa qarşılıqlı diskusiya şəklində işini davam etdirib.