Xəzər Universitetinin koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) layihəsi çərçivəsində “Tədqiqat metodları” adlı təlimdə iştirak ediblər.
Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin baş elmi işçisi Zamin Babazadə, Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin aparıcı elmi işçisi Gülsüm Kərimova, Texnoloji transfer və innovasiyalar bölməsinin mütəxəssisi Aysel Kərimliyə Xəzər Universitetində təşkil olunan təlimdə tədqiqat dizaynı, tədqiqatda etik prinsiplər və ədəbiyyat icmalı haqqında məlumat verilib.
Təlimin ikinci günü isə təlimdə “Keyfiyyət tədqiqatı”, “Elmi metod” (misal ilə), “Eksperimental Dizaynlar”, “Elmdə fərziyələri necə sınayırıq” adlı mövzular haqqında məlumat verilib.