5 və 7 may tarixlərində Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin Beynəlxalq Təlimlər üzrə koordinatoru Nuray Məmmədova tərəfindən SAT imtahanı və qeydiyyat prosesi ilə bağlı maarifləndirici görüşlər keçirilib. Görüşlər şagirdləri beynəlxalq imtahan sistemi, xüsusilə SAT imtahanının məzmunu, qeydiyyat prosedurları və beynəlxalq təhsil imkanları haqqında məlumatlandırmaq məqsədi daşıyıb.
İlkin olaraq 5 may tarixində Naxçıvan şəhər 5, 3 və 12 nömrəli tam orta məktəblərin tədbir olub. Qeyd olunan mövzu ilə əlaqəli ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb və onların beynəlxalq təhsil istiqamətində maariflənməsinə dəstək göstərilib.
Mayın 6-sı isə Naxçıvan şəhər 16, 1 və 2 nömrəli tam orta məktəblərində maarifləndirmə tədbirləri davam etdirilib.
7 may tarixində isə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə, 11 nömrəli və 15 nömrəli tam orta məktəblərdə şagirdlərə SAT imtahanının mahiyyəti, müraciət qaydası, irəlidə əldə olunan nəticələrə uyğun qazanılacaq təhsil imkanlarından danışılıb