NDU-nun  “Media Mərkəzi”nin  4 əməkdaşı beynəlxalq sertifikat aldı

Naxçıvan Dövlət Universitetinin kompüter qrafikaçısı Günel Qənbərova "Adobe After Effects" kursunu, redaktoru Nardanə Əliyeva “Web Editörlüğü ve Gazetecilik”, SMM-i  Suat Əhmədov “Sıfırdan Uzmanlığa Sosyal Medya Yönetimi”, könüllü fotoqraf tələbəsi Sərxan Əliyev isə "Sıfırdan Photoshop CC 2024" kurslarını uğurla tamamlayaraq Udemy sertifikatı əldə ediblər.

Qeyd edək ki, Udemy dünyanın ən böyük onlayn təhsil platformalarından biridir. Burada istifadəçilər dizayn, proqramlaşdırma, biznes, marketinq və digər sahələr üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanan kurslara qoşula bilirlər.