NDU-nun Memarlıq və mühəndislik fakültəsində “Antinarkotik təbliğat” adlı tədbir keçirilib.

Tədbirdə Nəxçivan Şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Elşən Rəfiyev çıxış edərək bildirib ki, mövcud vəziyyətdə

cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının narkomanlığa qarşı mübarizədə birləşməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və kompleks mübarizənin aparılması zəruridir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə narkotizmin bütün təzahürlərinə qarşı dövlət səviyyəsində prinsipial və barışmaz mübarizə aparılır, dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb edilir. Qeyd olub ki, bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və cəmiyyət üzvlərinin qətiyyətli addımları, yüksək fəallığı müsbət nəticələr verir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb