NDU-nun Kembric Məktəbi və İngilis dili Təmayüllü Gimnaziyada ilk dərs zəngi çalınıb

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbi və İngilis dili Təmayüllü Gimnaziyada 15 sentyabr - Bilik Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi yad olunub,
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin rektoru Elbrus İsayev çıxış edərək ölkədə həyata keçirilən təhsil islahatları, eləcə də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadiinkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlərdən bəhs edib. Kembric Məktəbi və Gimnaziyada tədris prosesində əldəolunan nailiyyətləri, yenilikləri diqqətə çatdırıb.
Rektor bildirib ki, 2025-2026-cı tədris ilində Kembric Məktəbində 4 yeni sinif fəaliyyətə başlayıb və ümumilikdə130 şagird təhsil alır ki, bu da ötən illəmüqayisədə iki dəfə artım deməkdir. Yeni tədris ilində 13 müəllim və ikinciəcnəbi koordinator işə başlayıb, akademik heyətin peşəkarlığı artırılıb, kurslarda iştirakı təmin olunub. Məktəbdə maddi-texniki baza gücləndirilib, təmir-bərpa işləri aparılıb, yeni dərsliklər alınıb və kitabxana resursları zənginləşdirilib. Qarşıda isə elektron resursların tətbiqinin daha da genişləndirilməsi nəzərdə tutulur. Elbrus İsayev Gimnaziyanın ötən tədris ilindəki uğurlarını da vurğulayaraq qeyd edib ki, Gimnaziya 100 faizlik nəticə göstərib və 36 məzunun hər biri ali məktəblərə qəbul olub. Onlardan 16 nəfəri isə 500-dənyuxarı bal toplayıb. IX sinif şagirdlərinin buraxılış imtahanında daha yüksək nəticələr qeydə alınıb və bir şagird maksimum 300 bal toplayaraq Naxçıvanda tək, ölkə üzrə isə ən yüksək nəticə göstərən doqquz şagirddən biri olub.
Rektor bildirib ki, dövlət proqramı çərçivəsində Kembric Məktəbi və İngilis dili Təmayüllü Gimnaziyanın inkişafı üçün davamlı imkanlar zənginləşdirilir. Savadlı gənclərin yetişdirilməsi, sağlam tədris mühiti və beynəlxalq standartlara uyğun proqramların tətbiqi diqqət mərkəzində saxlanılır.