Növbəti ikili diplomun Ərzurum Texnik Universiteti ilə birgə icrası nəzərdə tutulur

Naxçıvan Dövlət Universiteti və Ərzurum Texnik Universitetinin administrativ və akademik heyətləri arasında onlayn formatda görüş olub. Görüşdə ali təhsil müəssisələri arasında imzalanmış memorandumun gücləndirilməsi, potensial əməkdaşlıq sahələri və bakalavr təhsil pilləsinin “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının müzakirəsi aparılıb.

Görüşdə Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, Memarlıq və mühəndislik fakültəsinin dekanı riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov və “Elektronika və informasiya texnologiyaları” kafedrasının müdiri t.ü.f.d. Hüseyn Qasımov iştirak ediblər.

Ərzurum Texnik Universitetinin prorektoru Prof. Dr. Ceren Sultan Elmalı, “Elektrik elektronik mühəndisliyi” bölüm başkanı Prof.Dr. Nur Hüseyin Kaplan, xarici əlaqələr koordinatoru Prof.Dr. Eyüphan Manay, büro əməkdaşı Fatih Karti və Eren Özbek müzakirələrdə iştirak ediblər.