NDU-nun rektoru Elbrus İsayev EMSA Buxarest Tvinninq Mübadilə proqramı vasitəsi ilə Rumıniyaya gedəcək 11 tələbəni qəbul edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev EMSA Buxarest Tvinninq Mübadilə proqramı vasitəsi ilə Rumıniyanın paytaxtı Buxarest şəhərinə gedəcək 11 tələbəni qəbul edib.

Görüşdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, İnsan resursları və hüquq şöbəsinin müdiri Əziz Qasımov, Tədris Departamentinin direktoru Şahin Əliyev, NDU-nun EMSA üzvü olan Tibb fakültəsinin “Müalicə işi” ixtisası üzrə tələbələri iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  ali təhsil ocağının yerli və xarici universitetlərlə əlaqələrindən danışıb. Bildirib ki, bağlanan  əməkdaşlıq müqavilələri, mübadilə  proqramları  vasitəsi ilə  müəllim və tələbələrin  xarici universitetlərdə bir müddətlik təhsil və fəaliyyətini davam etdirmə, təcrübə və dərs keçməsi təmin edilir. Rektor vurğulayıb ki, burada da əsas məqsəd təhsildə daha keyfiyyətli və innovativ yanaşmaları tələbələrə öyrətmək , digər üniversitetlərin proqramlarından istifadə edərək daha yaxşı mütəxəssis kimi formalaşmalarına imkanlar yaratmaqdır. Bu əsasda mübadilə proqramı tələbələrə böyük fürsətlər təklif edir.

Görüş tələbələrlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib. Sonda Rektor  Elbrus İsayev tələbələrə öz tövsiyyələrini  söyləyib, elmi nailiyyətlər arzu edib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin EMSA (Avropa TibbTələbələri Təşkilatı) üzvü olan  Tibb fakültəsinin “Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələr beynəlxalq mübadilə proqramı çərçivəsində “Carol Davila" Tibb və Əczaçılıq Universitetində olacaqlar. Mübadilə proqramı 22-29 mart 2025-ci il tarixlərini əhatə edəcək.  İrəlidəki
6-13 may 2025-ci il tarixlərində isə mübadilə proqramına uyğun olaraq Buxarestdən 11 tələbənin NDU-ya gəlməsi gözlənilir.