Görüşdə iki universitet arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Universitetlər arası müqavilənin imzalanması o cümlədən, “Strateji İdarəetmə” magistr ixtiasında ikili diplom proqramının müzakirəsi istiqamətində ilkin razılığa gəlinib.
Onlayn görüşdə Naxçıvan Dövlət Universitetindən Tədris departamentinin direktoru Şahin Əliyev, Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli, Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev, “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov, Dayanıqlı inkişaf üzrə mütəxəssis Sənan Əhmədov iştirak ediblər.
İstanbul universitetindən Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları, kafedra müdirləri iştirak ediblər. Aviasiya Psixologiyası Araşdırmaları İnstitutunun direktoru Prof. Dr. Aslı Beyhan Acar , Etika Komitəsinin üzvü, İstanbul Universiteti, Aziz Sancar Eksperimental Tibb İnstitutu, Molekulyar Biologiya kafedrasının müdiri Prof. Dr. Canan Cacına, Nəqliyyat və Logistika Fakültəsi, Logistika kafedrasının dosenti Dr. Ali Özgür Karagülle, İkili Əlaqələr Koordinasiyası Ofisinin məsul şəxsi Ayşegül Ünal universitetlərarası əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.