6-7 dekabr 2024-cü il tarixlərində Estoniyanın Tallin şəhərində keçirilən Robotex International 2024 Dünya Yarışmasında Azərbaycan və Türkiyə komandaları bir sıra nailiyyətlər əldə ediblər:
Ø Mini Sumo Kateqoriyası: Dünya ikinciliyi və üçüncülüyü
Ø Sahibkarlıq Kateqoriyası: Dünya ikinciliyi və jüri xüsusi mükafatı
Ø Labirent Kateqoriyası: Dünya dördüncülüyü
Ø Kiçik Yaş Kateqoriyası: 6 Dünya birinciliyi
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, texnologiya və innovasiya sahəsində gənclərin inkişafını dəstəkləmək məqsədilə dünyaca məşhur Robotex platformasının Türkiyədəki təmsilçisi olan Robotex Türkiyənin Azərbaycanda tək və rəsmi tərəfdaşıdır. Bu əməkdaşlıq universitetimizin texnologiya sahəsində əlaqələrini genişləndirmək və tələbələrimizin qlobal layihələrdə iştirakını təmin etmək məqsədinə xidmət edir.
Gələn il Bakı şəhərlərində keçiriləcək regional yarışda və Estoniyada keçiriləcək beynəlxalq yarışda böyük uğurlar hədəfləyirik. Yarışlara dəstək verən məktəblərimizə təşəkkür edir və əldə etdikləri nailiyyətlərə görə təbrik edirik.