Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbələri üçün “Smart Grid (Ağıllı şəbəkə) konsepsiyasının inkişaf perspektivləri və imkanları” mövzusunda seminar təşkil olunub.
Tədbirə onlayn qoşulan Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika institutunun Energetika sistemlərinin avadanlıqlarının etibarlılığı şöbəsinin müdiri, texnika üzrə elmlər doktoru, professor Aydın Muradəliyev Smart Grid konsepsiyası çərçivəsində texnologiyaların və səlahiyyətlərin inkişafı üçün əsas prioritet istiqamətlər, “Ağıllı şəhər” layihələrinin əsas effektləri və üstünlükləri barədə dinləyiciləri məlumatlandırıb.
Sonda fakültə dekanı, professor Cavanşir Zeynalov keçirilən seminara görə Aydın Muradəliyevə təşəkkürünü bildirib.