Xatırladaq ki, 2024-cü ilin 17-19 may tarixlərində Naxçıvan Dövlət Universiteti və Ərzurum Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Agritech” Hakatonu keçirilmişdir. Üç gün davam edən hakatonda 72 saat ərzində müxtəlif vebinar, seminar və təlimlər təşkil edilib. Tədbirdə 250 iştirakçının təqdim etdiyi 37 layihə arasından ən yaxşı 10 layihə seçilib.
“Agritech” Hakatonda Naxçıvan Dövlət Universiteti də daxil olmaqla Türkiyənin Ərzurum Texniki Universiteti, Ankara Universiteti, Ərzurum Atatürk Universiteti və Səlcuq Universitetinin tələbələri qalib olub. Bu münasibətlə Ərzurum Texniki Universitetinin professor-müəllim və tələbələrdən ibarət heyəti Naxçıvan Dövlət Universitetinə dəvət edilib. Onlar universitetin fəaliyyəti ilə tanış olub, şəhərin tarixi və turistik məkanlarını ziyarət ediblər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin qalib tələbələrinin Ərzurum Texniki Universitetinə səfəri planlaşdırılır. Bu səfər çərçivəsində tələbələr müasir texnologiyalarla tanış olaraq təcrübə mübadiləsi aparacaqlar.