M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə “Təhsilə gedən yol mütaliədən keçir” adlı tədbir keçirilib.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova mütaliənin cəmiyyətin sosial həyatına, yeni ideyaların yayılmasına, ictimai marağa çevrilməsinə imkan yaratdığından bəhs ediblər.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının Elektronlaşdırma üzrə mütəxəssisi Nəzakət İbrahimova müasir dövrdə mütaliə etmək imkanlarından söz açaraq bu imkanların təhsilə verdiyi töhfələrdən danışıblar.
Tədbir daha sonra “Kitabxanaçılıq və informasiya” ixtisasının tələbələrinin iştirakı ilə müzakirə formasında davam etdirilib.