The second academic forum on Uzbekistan-Azerbaijan Educational Research and İnnovations “Cultural Heritage and Its Impact on Education" has been held in partnership with Nakhchivan State University

İpək Yolu Tədqiqat Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu, Qaraqalpaq Dövlət Universiteti, Urgan Dövlət Universiteti, Xəzər Universiteti, Qarabağ Universiteti, Bakı Aviasiya Universiteti, Buxara Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin təşkilatçılığı ilə Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetində “Mədəni irs və onun təhsilə təsiri” mövzusunda Özbəkistan – Azərbaycan təhsil tədqiqatları və innovasiyalar üzrə II akademik forum keçirilib.

Forum beynəlxalq mübadiləni təşviq etmək, mədəniyyətlərarası anlaşmanı gücləndirmək, elmi müzakirələr üçün platforma yaratmaq və mədəni irsin təhsildə tətbiqi ilə bağlı yeni biliklərin paylaşılmasını hədəfləyib.

Forumda onlayn iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev mədəni irsin qorunmasının və onun təhsilə inteqrasiyasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, mədəni irs təkcə keçmişin yaddaşı deyil, həm də gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Rektor Azərbaycan və Özbəkistan arasında təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, forumun bu məqsədlərə nail olmaq üçün mühüm bir platforma olduğunu bildirib. Vurğulanıb ki, Naxçıvan Dövlət Universiteti bu istiqamətdə beynəlxalq tərəfdaşlarla daha çox layihələr həyata keçirməyi və bu yolla tələbələr üçün yeni imkanlar yaratmağı planlaşdırır.

 Forumda müxtəlif mövzularda məruzələr dinlənilib, interaktiv müzakirələr aparılıb və birgə layihələrin icrası ilə bağlı razılıqlar əldə olunub. İştirakçılar mədəni irsin gənc nəslin tərbiyəsindəki rolu və onun innovativ təhsil modellərinə təsiri barədə fikir mübadiləsi aparıblar. Bu kimi akademik təşəbbüslər Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrin daha da dərinləşməsinə və təhsilin inkişafına mühüm töhfə verir.