"Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində Nəqliyyat fənn birləşməsi komissiyasının sədri Hafiz Yaqubov "Nəqliyyat vasitələri və Ətraf mühit" mövzusunda açıq dərs keçib.
Dərsdə bildirilib ki, qalıq yanacaq istehsalçısı və ixracatçısı olan Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək strategiyasını nümayiş etdirir.
Sonda isə ətraf mühit ilə bağlı videoçarx izlənilib.