Elmi Katib

Cəfərov Orxan Cəfər oğlu – Elmi katib

04 oktyabr 1970-ci ildə Şərur rayon Tənənəm kəndində anadan olmuşdur.

1993-1997- ci illərdə Naxçıvan Dövlət Universitetində bakalavr təhsili almışdır  (Riyaziyyat ixtisası üzrə).

1997-1999- cu illərdə Naxçıvan Dövlət Universitetində magistr təhsili almışdır (Riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə).

Magistr dissertasiyasının mövzusu: ”Riyaziyyat təlimi prosesində məsələ həlli vasitəsilə şagirdlərin evristik fəaliyyətinin formalaşdırılması”.

1999-2001-ci  ilərdə Ümumi riyaziyyat kafedrasında baş laborant işləmişdir.

2001-ci ildə Naxçıvan Dövlət Universitetinə dissertant qəbul olunmuş və 2008 -ci ildə “V-VI  sinif şagirdlərinin ədədlər nəzəriyyəsi elementlərinə dair biliklərinin genişləndirilməsi və dərinləşdirilməsi” adlı namizədlik dissertasiyasını müdafiə edərək, Pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır.

2001- 2008-ci illərdə Ümumi riyaziyyat kafedrasında  müəllim, baş muəllim vəzifələrində işləmişdir.

2008-2010-cu illərdə Magistratura üzrə dekanlıqda  dekan müavini vəzifəsində işləmişdir.

2010-2015-ci illərdə Fizika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində işləmişdir.

2016- cı ildən Naxçıvan Dövlət Universitetinin dosentidir.

2015-2021-ci illərdə Fizika-riyaziyyat fakültəsində dekan vəzifəsində işləmişdir.

2022-ci ilin aprel ayından  Naxçıvan Dövlət Universitetinin Elmi katibi vəzifəsində işləyir.

1 dərs vəsaitinin, 18 elmi məqalənin, 4 tezisin, 1 proqramın  müəllifidir.