Qəribli İsmayıl Cavanşir oğlu
y/ müəllimi
Hüquq fənləri kafedrasının 10 yanvar 1984-cü ildə Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur.2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsini Dövlət hüququ ixtisaslaşması üzrə bitirmişdir.2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsini Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.2007-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində sədrin köməkçisi vəzifəsində işləmişdir.2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komitələrlə iş şöbəsində məsləhətçi, 2009-2015-ci illərdə Ali Məclis Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 19 oktyabr tarixli 325-04/S nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilmişdir.
2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin “Hüquq fənləri” kafedrasında müəllim işləyir və Mülki prosessual hüquq fənnini tədris edir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvüdür.
Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 22 iyun tarixli 1284 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir.
3 elmi məqalənin və “Mülki prosessual hüquq fənni üzrə Metodik Göstəriş”in müəllifidir.
Evlidir, üç övladı var.
Elmi əsərləri
- Kassasiya instansiyası məhkəməsində aparılan cinayət mühakimə icraatının anlayışı, əhəmiyyəti və əsas cəhətləri Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”. Tarix və ictimai elmlər seriyası. № 5 (25), NDU, “Qeyrət”- 2008, S. 103-106
- Yuxarı instansiya məhkəmələrində aparılan cinayət mühakimə icraatının anlayışı və fərqli cəhətləri Bakı, “Qanun” jurnalı – 2009. – № 8, S. 83-86
- Kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatının həyata keçirilməsi Bakı, “Qanun” jurnalı – 2010. – № 8, S. 106-109
- Mülki prosessual hüquq fənni üzrə Metodik Göstərişlər. (Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 28 noyabr 2012-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunmuşdur (protokol № 03)) Naxçıvan, “Əcəmi”, 2017
- Mülki prosessual hüquq fənni üzrə Metodik Göstərişlər. (Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 28 noyabr 2012-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunmuşdur (protokol № 03)) Naxçıvan, “Əcəmi”, 2017